Bu gün 2024-cü ildə Almaniyada keçiriləcək Avropa çempionatının seçmə mərhələsinə start verilib.

Rekord.az xəbər verir ki, ilk oyun günündə H, C və J qrupunun oyunları keçirilib.

H qrupunda Qazaxıstan evdə Sloveniyaya, San Marino isə Şimali İrlandiyaya uduzub. Danimarka – Finlandiya matçı isə meydan sahiblərinin inamlı qələbəsiylə başa çatıb.

C qrupunda çempionatın son qalibi İtaliya ilə İngiltərə yığması üz-üzə gəlib. Üç qolun qeydə alındığı matç qonaqların qələbəsiylə başa çatıb. Qrupun digər görüşündə Şimali Makedoniya Maltanı məğlub edib.

J qrupunda Portuqaliya yığması azarkeşləri önündə Lixtenşteyni sınağa çəkib və 4 cavabsız qola sevinib. Bosniya və Herseqovina da İslandiyanı 3 cavabsız qolla məğlub edib. Slovakiyanın Lüksemburqla oyununda isə hesab açılmayıb.

AÇ-2024-ün seçmə mərhələsi
Qrup mərhələsi, 1-ci tur

23 mart

H qrupu

Qazaxıstan – Sloveniya 1:2
Qol: Samorodov, 24 – Brekalo, 47. Vipotnik, 78.

Danimarka – Finlandiya 3:1
Qol: Hoylund, 21; 82; 90+3 – Antman, 53.

San Marino – Şimali İrlandiya 0:2
Qol: D.Çarlz, 24; 55.

C qrupu

İtaliya – İngiltərə 1:2
Qol: M.Reteqi, 56 – D.Rays, 13. H.Keyn, 44.

Şimali Makedoniya – Malta 2:1
Qol: Elmas, 66. Çurlinov, 72 – Yannik, 86.

J qrupu

Bosniya və Herseqovina – İslandiya 3:0
Qol: Kruniç, 14; 40. Dediç, 63.

Portuqaliya – Lixtenşteyn 4:0
Qol: Kanselo, 8. B.Silva, 47. Ronaldo, 51-pen; 63.

Slovakiya – Lüksemburq 0:0