
"Səbail"lə yeni müqavilə bağladı
- 08 İyl 2025 15:00
- 403
Yeni mövsümdən I Liqada mübarizə aparacaq "Səbail"in heyətin komplektləşdirilməsinə başlayıb.
Rekord.az xəbər verir ki, ilk növbədə ötən komandada yer almış futbolçularla danışıqlara start verilib.
Onlardan biri ilə artıq razılıq da əldə olunub. Söhbət Emin Rüstəmovdan gedir. Sözügedən futbolçu ilə 1 illik yeni müqavilə bağlanıb.