
“Səbail”in yeni baş məşqçisi bəlli oldu
- 26 May 2022 17:45
- 662
“Səbail” klubu yeni baş məşqçisinin adını açıqlayıb.
Rekord.az xəbər verir ki, “dənizçilər”i bundan sonra Mahmud Qurbanov çalışdıracaq.
49 yaşlı mütəxəssis bu postda mayın 23-də istefaya göndərilmiş Aftandil Hacıyevi əvəzləyib.
Mahmud Qurbanov son olaraq "Neftçi"nin əvəzedici komandasına rəhbərlik edib.