
“Səbail”də yeni müqavilə
- 08 İyn 2022 18:44
- 482
“Səbail” daha bir futbolçusu ilə yeni müqavilə bağlayıb.
Rekord.az xəbər verir ki, paytaxt təmsilçisi müdafiəçisi Turan Manafovun sözləşməsini yeniləyib.
23 yaşlı futbolçu ilə 2 illik yeni müqavilə imzalanıb.
Turan Manafov 2019-cu ildən “Səbail”də çıxış edir. O, bu ilin əvvəlində Yunanıstanın “Olimpiakos” (Volos) komandasına icarəyə verilsə də, qısa müddətdən sonra “Səbail”ə qayıtmaq məcburiyyətində qalmışdı.