Səbail rayon gəncləri arasında Ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş voleybol yarışı keçirilib.

Rekord.az xəbər verir ki, 1-ci yeri 236 nömrəli tam orta məktəb tutub.

189-190 nömrəli tam orta məktəb 2-ci, 329 nömrəli tam orta məktəb isə 3-cü yerə sahib olub.