Son iki turu uğurlu keçirərək aktivinə 4 xal yazan "Səbail"də pul mükafatı olacaq.

Rekord.az-a daxil olan məlumata görə, "Kəpəz"i 3:1 hesabı ilə məğlub edib, "Sabah"la 0:0 bərabərə qalan futbolçuların əməyi rəhbərlik tərəfindən dəyərləndirilib.

Belə ki, əsas heyət üzvləri 700-800 manat, digərləri isə 500 manat mükafat alacaq.