
"Səbail" Premyer Liqanı tərk etsə, sponsorsuz qalacaq
- 05 May 2023 13:00
- 526
"Səbail"lə bağlı maraqlı məlumat əldə etmişik.
Rekord.az-a ötürülən məlumata görə, klub Premyer Liqada yerini qoruya bilməsə və AFFA onların elitanı tərk etməsini tələb etsə,klub sponsorsuz qalacaq.
Belə ki, «Xəzər Dəniz Gəmiçiliyi» (ASCO) I Divizionda klub saxlamaqda maraqlı olmadığını bildirib. Bu isə o deməkdir ki, klub diviziona düşsə, yaşayıb-yaşamayacağı AFFA-dan asılı olacaq. Yalnız federasiya maliyyə ayırarsa, "Səbail" I Divizionda çıxışını davam etdirəcək.