"Səbail"də maddi sıxıntı olmasına dair xəbərlər zaman-zaman mətbuatda yer alıb.

Rekord.az-a daxil olan son məlumata görə, vəziyyət hələ də tam olaraq düzəlməyib.

Belə ki, karantin dönəmində futbolçuların maaşları tam olaraq ödənməyib. Kluba yaxın mənbədən saytımıza ötürülən məlumata görə, rəhbərlik maaşların yalnız yarısını ödəyib. Səbəb kimi maddi sıxıntının olması göstərilsə də əslində hər şey karantinə görədir. Yəni rəhbərlik  məşq etməyən futbolçulara maaşı tam ödəmək fikrində deyil. Yalnız məşqlər bərpa olunandan sonra maaşlar da bərpa olunacaq.