"Səbail" futbolçuları təlim-məşq toplanışı üçün Türkiyəyə getmək istəmir.


Rekord.az-a daxil olan məlumata görə, futbolçular ilk növbədə verilməyən maaşlarının verilməsini tələb edir.


Onlar bildirib ki, Antalya toplanışıə üçün çəkilən xərci futbolçuların borclarının bağlanmasına sərf etmək daha düzgün olardı. Rəhbərlik isə növbəti dəfə vəd verib ki, Türkiyə toplanışına kimi bütün borclar ödəniləcək.