
"Səbail" futbolçuları maaşlarının artırılmasını istəyir
- 04 Noy 2021 12:00
- 823
Onsuz da vaxtlı-vaxtında maaş ala bilməyən "Səbail" futbolçuları maaşlarının azlığından da şikayətçidir.
Rekord.az xəbər verir ki, klubda 3 min manatdan yuxarı maaş alan futbolçu yoxdur.
Futbolçular maaşlarının qaldırılmasını rəhbərlikdən xahiş edib. Amma hazırkı durumda çətin ki, onların bu istəyi yerinə yetirilsin.