Yeni mövsümə hazırlığı davam etdirən “Səbail” Bakıda iki yoxlama oyunu keçirəcək.

Rekord.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

“Dənizçilər” Gürcüstandakı təlim-məşq toplanışından öncə “Kəpəz” və “Sabah”la qarşılaşacaq.

“Səbail” “Kəpəz”lə iyulun 10-da Bakı Olimpiya Stadionunda, “Sabah”la isə iyulun 14-də “Bank Respublika Arena”da üz-üzə gələcək.