
"Şaxtyor" bu futbolçu üçün 35 milyon istəyir
- 29 Avq 2022 15:45
- 433
"Şaxtyor"un yarımmüdafiəçisi Mixailo Mudrik hələ də Avropa nəhənglərinin diqqətini çəkir.
Rekord.az xəbər verir ki, klubun futbolçunun qiymətini aşağı salmaq fikri yoxdu.
"Mədənçilər" onun potensial alıcılardan 35 milyon avro istəyir. Hazırkı transfer pəncərəsində “Şaxtyor” futbolçunu transfer etmək üçün üç rəsmi təklif alıb. Oyunçunu "Nitsa", "Bayer" və "Brentford" heyətinə qatmaq istəyib. Xüsusilə Fransa klubu Mudrik üçün 25 milyon avro ödəməyə hazır olduğunu bildirib.