İngiltərə yığmasının baş məşqçisi xorvatlar üzərində qələbədən sonra diqqətini Şotlaniya iklə matça yönəldib. “Rekord.az” xəbər verir ki, Qaret Sautqeyt millinin AÇ tarixlərində ilk dəfə açılış matçında qələbədən məmnun qalsa da, hazırda bütün fikrini cümə günü baş tutacaq matça çevirib.

 

Mütəxəssis bu barədə bunları deyib: “Bu indi bizim üçün böyük çağırışdır, çünki qələbədən çox məmnunuq və oyunçularımız da xoşbəxtdilər. Bu, qrupdan çıxmaq üçün müsbət bir nəticədi, idmanda ən çətin şeylərdən biri növbəti matçın başlanğıcından əvvəlki nöqtəyə qayıda bilməkdi. Qələbə şüaları üzərinizə düşə, sizi yüngülləşdirə, bir toxunuşla uça biləcək qədər yumşalda bilər. Ehtiyatlı olmalıyıq”.

 

Aysel İsazadə