Samir Abasovun əsas heyətdə görmək istəmədiyi futbolçu icarəyə veriləcək
- 12 May 2023 14:00
- 631
"Qəbələ" ilə oyundan sonra əvəzedici komandaya göndərilən "Sumqayıt"ın futbolçusu Rüfət Abdullazadə böyük ehtimalla növbəti mövsüm bu komandada olmayacaq.
Rekord.az xəbər verir ki, baş məşqçi Samir Abasov Rüfəti bir daha əsas komandaya qaytarmayacağını bildirib.
Rüfət isə məlum məsələdir, daimi olaraq "dubl"da oynamağa razı olmaz. Bu mənada yayda futbolçu hansısa kluba icarəyə veriləcək.
Maraq üçüb qeyd edək ki, bir dönəm "Neftçi" də bu futbolçunu transfer etmək istəyirdi.