Hazırda böyük əksəriyyət Samir Abasovun "Neftçi"dən ayrılacağını düşünür və bu xəbərin nə zaman rəsmləşəcəyini gözləyir.

Lakin Rekord.az-a daxil olan məlumata görə, hər şey əksinə də ola bilər.

İş ondadır ki, məsələyə klubun Müşahidə Şurasının yaxınlarda keçiriləcək iclasında qərar veriləcək. Məsələ isə burasındadır ki, hazırda şurada yer alan şəxslərdən heç də hamısı Abasova qarşı deyil. Hətta əksəriyyəti hazırkı baş məşqçinin postunda saxlanılmasının tərəfdarıdır və düşünür ki, baş məşqçi heç də pis işləmir və ona zaman verilməlicir. Əgər iclas zamanı da bu şəxslər üstünlük təşkil etsə, "Neftçi" növbəti mövsümə də Abasovun rəhbərliy altında çıxacaq.