
Samir Abasov onu "Neftçi"yə gətirmək istəyir?
- 28 Fev 2022 11:00
- 830
«Neftçi»nin yayda heyətinə qatmaq istədiyi yerli futbolçulardan birinin kimliyi müəyyənləşib.
Rekord.az xəbər verir ki, paytaxt təmsilçisi Ağabala Ramazanova təklif göndərib.
«Ağ-qaralar»ın çalışdırıcısı Samir Abasov vaxtilə «Sumqayıt»da rəhbərliyi altında çıxış etmiş forvardı yenidən öz sərəncamında görməkdə maraqlıdır.
Ramazanovun «Zirə» ilə müqaviləsi mövsümün sonunda başa çatır. Yığmanın sabiq üzvü artıq burada əsas heyət üzvlərindən sayılmır. Belə görünür ki, «qartallar» onunla sözləşmənin müddətini uzatmayacaq. (sportinfo.az)