
Samir Abasov onu əvəzedici komandaya göndərir?
- 10 Yan 2022 15:00
- 1376
"Neftçi"nin yayda transfer etdiyi Hugo Basto əvəzedici komandaya göndərilə bilər.
Rekord.az xəbər verir ki, baş məşqçi Samir Abasovun qışdan sonrakı planlarında bu futbolçuya yer yoxdur.
Səbəb isə futbolçunun özünü doğurulda bilməməsidir. Buna görə də klub onu satmağa və ya icarəyə verməyə etiraz etmir. Bu iki variantın heç biri alınmasa əvəzedici heyətə göndərilməkdən başqa çarə qalmır. Ya da hər iki tərəfə uyğun məbləğə təzminat ödəyib müqaviləyə qarşılıqlı razılıq əsasında xitam vermək.