
Samboçularımızdan MDB Oyunlarında 2 qızıl medal
- 20:40
- 32
Bu gün Göygöl Olimpiya İdman Kompleksində 3-cü MDB Oyunları çərçivəsində sambo yarışları baş tutub.
Rekord.az xəbər verir ki, yarışlar kişilər arasında 8 çəki dərəcələrində keçirilib.
Abdullətif Musayev (53 kq), Nihad Rəhimov (64 kq) finalda qalib gələrək, 3-cü MDB Oyunlarının qızıl medalını qazanıblar.
Rüstəm Qasımzadə (58 kq), Əbubəkir Hüseynov (98 kq) və Rəsul Səmədli (+ 98 kq) finalda uduzaraq, gümüş medala sahib çıxıblar. Sadiq Nadirov (79 kq), Mikayıl Amirov (71 kq) və Xəzər Əmrahlı (88 kq) isə bürünc medal qazanıblar.