"Şamaxı"ya qarşı oynaya biləcək
- 2024-09-17 13:00
- 172
"Araz Naxçıvan"la oyunda Bəxtiyar Həsənalızadə ilə toqquşaraq, ciddi zədə alan "Kəpəz"in futbolçusu Xvalkonun durumuna aydınlıq gəlib.
Rekord.az xəbər verir ki, oyundan dərhal sonra həkim müayinəsindən keçən futbolçuda hansısa ciddi xəsarət, sınıq aşkarlanmayıb.
Futbolçu bu gündən komandasının məşqlərinə də qatılacaq. Həmçinin, həftə sonu "Şamaxı" ilə oyunda da meydançada olacaq.