"Keşlə" adını dəyişib Şamaxıya keçsə də, klubun akademiyasının gələcək taleyi hələlik məlum deyil.

Rekord.az xəbər verir ki, indiki durumda sözügedən rayonda akademiya qurmaq real görünmür. 

Çünki bunun üçün zaman lazımdır. Ona görə, klubun futbol akademiyası Bakıda qalmaqda davam edəcək. Hətta əldə etdiyimiz məlumata görə, əvəzedici komanda gələn mövsüm də ev oyunlarını Bakıda keçirəcək.