
“Şamaxı”dan “Jalgiris”ə
- 15:15
- 62
Bu yay “Şamaxı”dan ayrılan Vasili Radenoviçin yeni klubu bəlli olub.
Rekord.az xəbər verir ki, 31 yaşlı müdafiəçi Litvanın “Jalgiris” klubuna keçib.
Vilnus təmsilçisi Vasili ilə 1,5 illik müavilə imzalandığını açıqlayıb.
Litvanın hegemon klublarından olan "Jalgiris" 11 qat ölkə çempionudur. Klub 14 dəfə ölkə kubokunun sahibi olub.
Radenoviç ötən mövsüm "Şamaxı"da çıxış edib və komandada ümumilikdə 29 oyuna çıxıb.