
Şamaxıda qraplinq üzrə ustad dərsi
- 10 İyn 2025 11:45
- 59
Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsinin Şamaxı rayonu üzrə gənclər və idman sektorunun təşkilatçılığı ilə "Şamaxı" idman klubunun zalında "İdman hamı üçün" layihəsi çərçivəsində qraplinq idman növü üzrə Azərbaycan çempionu Anar Məmmədovun rəhbərliyi altında ustad dərsi keçirildi.
Rekord.az xəbər verir ki, Anar Məmmədov yetirmələrinə əvvəl qızışdırıcı hərəkətlərin icrasını tapşırdı və daha sonra yeni fəndlər və yarış zamanı taktikalardan istifadə qaydasını izah edərək həmdə göstərərək izah etdi.