Şamaxı şəhər Heydər Əliyev Parkında Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsinin Şamaxı rayonu üzrə gənclər və idman sektorunun və Orxan İdman Klubunun birgə təşkilatçılığı ilə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin yaradılmasının 32-ci ildönümü münasibətilə yeniyetmə və gənclər arasında qol güləşi üzrə Şamaxı rayon turniri keçirildi.

Rekord.az xəbər verir ki, turnirin açılış mərasimində Şamaxı rayonu üzrə gənclər və idman sektorunun müdürü Şahmar Hüseynov idmançıları salamlayaraq uğurlar arzuladı.

Şəhidlərin xatirəsi bir dəqiqə sükutla yad edildi. Yarışın baş hakimi gənclər arasında dünya çempionu Murad imanov yarışın qaydaları haqqında məlumat verərək yarışı açıq elan etdi. Qaliblər Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsinin müvafiq diplom və medalları ilə təltif olundular.