
Şamaxıda muay-tay üzrə ustad dərsləri
- 11:41
- 34
Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsinin Şamaxı rayonu üzrə gənclər və idman sektorunun təşkilatçılığı ilə Muay-Tay klubunun idman zalında "İdman hamı üçün" layihəsi çərçivəsində muay-tay idman növü üzrə məşqçi-müəllim Qadir Talıbovun rəhbərliyi altında ustad dərsi keçirildi.
Rekord.az xəbər verir ki, Qadir Talıbov yetirmələrə muay-tay idman növünün yarış zamanı istifadə olunan texniki və taktiki fəndlərin icrasını nümayiş edərək izah etdi.