Şamaxıda insident: azarkeşlər futbolçulara sərt etiraz etdi
- 11 Noy 2022 11:00
- 375
"Sumqayıt"ın növbəti xal itkisi çox ciddi narazılığa səbəb olub.
Rekord.az xəbər verir ki, "Şamaxı"ya 2:4-lük məğlubiyyətdən sonra oyunu izləmək üçün Şamaxıya yollanmış 50-ə yaxın sumqayıtlı azarkeş futbolçuları yanlarına çağırıb.
İlk baxışdan gözləmək oladı fanatlar futbolçularına alqış nümayiş etdirəcək. Lakin sonradan məlum oldu ki, fanatlar məğlubiyyətə görə futbolçuları sərt qınayır və onların oyunundan narazıdır. Bu narazılığı qəbul etməyən Vüsal İsgəndərli və Vüqar Mustafayevlə fanatlar arasında insident də yaşanıb. Lakin digər futbolçuların və klub rəsmlərinin müdaxiləsi ilə aranı sakitlışdirmək mümkün olub.