"Şamaxı" ilə bağlı saytımıza maraqlı məlumat daxil olub.

Rekord.az-a ötürülən məlumata görə, əslən Şamaxıdan olan və hazırda Rusiyada bizneslə məşğul olan bir şəxs "Şamaxı"ya sponsorluq etmək niyyətinə düşüb.

Hətta deyilənə görə, bunun üçün şəxsən özü də Azərbaycana gəlib. Həmin şəxs klubun ona verilməsini istəyib və bildirib ki, futbolçular üçün bütün lazımı şəraiti yaradacaq. Lakin maraqlıdır ki, federasiya "Şamaxı"nı həmin şəxsə verməkdən imtina edib. Ən yaxşı halda şərikli fəaliyyət təklif olunub ki, bu da həmin şəxsi qane etməyib və Rusiyaya dönüb.