Bu gün Azərbaycanın qadın güləşçiləri Türkiyənin İstanbul şəhərində keçirilən Dünya Olimpiya Təsnifat turnirində mübarizəyə başlayırlar.

Rekord.az xəbər verir ki, yığmanın 5 üzvü ikinci yarış günündə xalça üzərinə çıxacaq.

50 kq
1/8 final
Mariya Stadnik – Menq Hsieh (Çin Taypeyi) / Aintzane Qoni (İspaniya)

53 kq
Təsnifat mərhələsi
Gültəkin Şirinova – Laura Avila (Kuba)

57 kq
Təsnifat mərhələsi
Alyona Kolesnik – Ramona Qalambos (Macarıstan)

62 kq
Təsnifat mərhələsi
Ruzanna Məmmədova – Anastasiya Qriqoryeva (Latviya)

68 kq
Təsnifat mərhələsi
Elis Manolova – Nikol Parrado (Kolumbiya)

Hər çəkidə ilk 3 yeri tutan güləşçilər Paris-2024 Yay Olimpiya Oyunlarına vəsiqə əldə edəcəklər.

Qeyd edək ki, Azərbaycanın yunan-Roma güləşi millisinin 3 üzvü - Murad Məmmədov (60 kq), Rafiq Hüseynov (87 kq) və Sabah Şəriəti (130 kq) ilk yarış günündə lisenziyaya sahib çıxıblar.