“Sabah” mayın 18-də mövsümün son ev matçına çıxacaq. 

Rekord.az xəbər verir ki, bu komandanın rəqibi “Sumqayıt” olacaq.

“Sabah”ın sponsorları mövsümün ən həlledici anlarını azarkeşlər üçün daha maraqlı və yaddaqalan etmək istəyirlər. Belə ki, “Sabah”ı stadiondan dəstəkləməklə, sponsorlar tərəfindən elektroskuter və digər qiymətli hədiyyələr qazanmaq imkanı əldə edə bilərsiniz!

Oyun mayın 18-də, saat 17:00-da “Bank Respublika Arena”da keçiriləcək. Matçdan iki saat əvvəl stadionun ərazisində fan zona fəaliyyət göstərəcək.

Biletləri bu gündən etibarən “iticket.az” saytından, həmçinin oyun günü “Bank Respublika Arena”nın kassalarından əldə edə bilərsiniz.