Yunanıstanın “Olimpiakos” klubunun futbolçusu Ayub El Kaabi Avropa Konfrans Liqasında həftənin oyunçusu seçilib.

Rekord.az xəbər verir ki, yarımfinalın “Aston Villa” ilə cavab matçında (2:0) dubla imza atan futbolçu həftənin ən yaxşısı adını qazanıb.

El Kaabi bu mübarizədə “Fiorentina”nın futbolçusu Kristian Kuameni üstələyib.