“Olimpiadada ikinci medal üçün çalışacağam”
- 2024-05-10 10:45
- 229
“Lisenziya qazanıb özümü sübut etdim”.
Rekord.az Azərbaycan Güləş Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, bunu yunan-Roma güləşçimiz Sabah Şəriəti (130 kq) Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazandığı yarışdan sonra deyib.
Türkiyənin İstanbul şəhərində keçirilən Dünya Olimpiya Təsnifat turnirində finala vəsiqə qazanmaqla lisenziya əldə edən güləşçi Paris-2014-ün onun üçün son olimpiyada olduğunu deyib.
“Ən çətin görüş Litva güləşçisinə qarşı oldu. İkiqat dünya mükafatçısıdır. Şükür Allaha qələbə qazandım. Cavan deyiləm ki, bundan sonra olimpiyadada iştirak edim. Bir medalım var. İkinci medal üçün çalışacağam. Bütün gücümü medal qazanmağa yönəldəcəyəm. Demək olar ki, sonuncu olimpiya yarışımdır".