AFFA İntizam Komitəsi “Masallı” klubuna texniki məğlubiyyət verib.

Rekord.az qurumun mətbuat xidmətinə istinadən xəbər verir ki, buna komandanın U-16 Liqasında “Turan Tovuz” ilə səfər matçına təyin edilən vaxtda gəlməməsi səbəb olub.

Nəticədə "Masallı" 0:3 hesablı texniki məğlubiyyətlə cəzalandırılıb.

Futzal üzrə Azərbaycan Kubokunun finalında “Araz-Naxçıvan” – “Baku Fire” oyununda “Araz-Naxçıvan” komandasının oyunçusu Emil Həsənzadə oyunun 44-cu dəqiqəsində qeyri-idman hərəkətinə görə bir oyunda 2-ci sarı vərəqə almaqla qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığına görə 1 oyun cəzalandırılıb.