Bazar günü Sumqayıtda "Sumqayıt"ın qonağı olacaq "Şamaxı" məşqlərini doğma rayonda davam etdirir.

Rekord.az xəbər verir ki, matç təbii örtüklü meydançada keçiriləcəyi halda, Şamaxı təmsilçis8i süni örtükdə məşqlərini davam etdirməyə məcburdu.

Çünki başqa meydançası yoxdur. Əldə etdiyimiz məlumata görə, baş məşqçi Ayxan Abbasov oyunöncəsi son məşqini "Mehdi Hüseynzadə"də keçmək istəyir. Bunun üçün komandanın matçdan bir gün öncə Sumqayıta gəlib bu şəhərdə məskunlaşması lazımdı. Bu isə əlavə xərc deməkdi. Hər halda, bununla bağlı rəhbərliklə danışılacaq, maliyyə ayrılsa, "Şamaxı" oyun öncəsi son məşqini Sumqayıtda edəcək.