
Şamaxı stadionunda işıqlandırma və otel niyə yoxdur?
- 26 Apr 2022 15:00
- 543
Şamaxıda yeni stadion tikilsə də işıqlandırma sisteminin və mehmanxananın olmaması diqqət çəkir. İşıqlandırma sisteminin oyunların axşam saatlarına təyin olunmasına, mehmanxananın olmaması isə komandanın Şamaxıda məskunlaşmasına mane olur.
Rekord.az xəbər verir ki, arenanın tikintisi ilə bağlı qərar qəbul ediləndə AFFA ilk başdan bildirib ki, o yalnız stadionun tikintisinin xərcini çəkəcək.
Futbolçuların qalması üçün iki mərtəbəli mehmanxananın tikintisi üçün yerli icra başçısına müraciət olunub. Lakin icra hakimiyyəti maliyyənin əsas gətirib bu işi görməkdən imtina edib. O ki qaldı işıqlandırma sisteminə, bunun üçün vəsait yetməyib. Buna görə də federasiya işıqlandırma sistemi quraşdıra bilməyib.