
Şamaxı stadionu bu şirkətin adını daşıya bilər
- 15 May 2023 15:00
- 909
Şamaxı şəhər stadionu növbəti mövsümdən yeni adla oyunları qəbul edə bilər.
Rekord.az xəbər verir ki, hazırda klub rəhbərliyi “Azercell Telecom"la əməkdaşlıq məsələsi ətrafında danışıqlar aparır.
Bu məsələdə FİF (Futbolin İnkişaf Fondu) da yaxından təşəbbüs göstərir. Məqsəd sözügedən şirkəti hansısa formada futbola qoşmaqdı. Saytımıza daxil olan məlumata görə, təklif olunan variantlardan biri də Şamaxı stadionunun "Azercell Arena" adlandırılması ətrafındadır. Klub bu variantı təklif edib. Qalan məsələlər birbaşa şirkətin verəcəyi cavabdan asllı olacaq".