“Şamaxı” yeni mövsüm heyətini formalaşdırmaq üçün çalışmalarını davam etdirir.


Rekord.az xəbər verir ki, bölgə təmsilçisi Ceyhun Bağırzadəni transfer edib. 


Bu haqda klubun mətbuat xidməti məlumat yayıb.


Azərbaycan U-21 millisinin üzvü növbəti iki mövsümü "Şamaxı"da keçirəcək.


Ceyhun Bağırzadənin son komandası isə "Qəbələ-2" olub.


Xatırladaq ki, "Şamaxı" bunadək Sənan Muradlı, Emin Rüstəmov və Uğur Cahangirovu da heyətinə qatıb.