"Keşlə"dən "Şamaxı"ya çevirilən və "ASK Arena" ilə vidalaşaraq Şamaxıya üz tutan "Şamaxı"da işlər hələ ki, tam qaydasında getmir.

Rekord.az xəbər verir ki, komanda son turda "Səbail"dən xal alsa da, dövlətdən alacağı vəsaiti hələ də ala bilməyib və digər klublar kimi, gözü yoldadır.

Bu arada, "Şamaxı"nın "ASK Arena"ya da borcu var. Əldə etdiyimiz məlumata görə, klubun borcunun əsas hissəsi komunnalxərclərlə bağlıdır. Klub dövlətdən ayrılacaq vəsaiti gözləyir ki, sabiq stadionunun borcunu da bağlasın.