Məlum olduğu kimi, “Kəpəz” Şahin Diniyevlə anlaşmağa yaxın olsa da, son anda təcrübəli məşqçi Gəncəyə getməkdən imtina edib.

Rekord.az-a bu imtina ilə bağlı maraqlı məlumat daxil olub.

Saytımıza daxil olan məlumata görə, Gəncədən olan bir qrup futbol veteranı Diniyevin “Kəpəz”ə baş məşqçi təyin olunmasına qarşı çıxıb. Hansı ki, Gəncədə qeyri-gəncəlinin işləməsini istəmirlər və bu cür namizədlərə qarşı güclü təzyiq kampaniyası həyata keçirirlər. Amma Diniyevin imtinasının tək səbəbi bu deyil. Ümumiyyətlə, "Kəpəz"in hazırkı durumu, klubun adi infrastrukturunun, nəqliyyatının belə olmaması, orda normal nəticə qazanması mümkünsüz edir. 

Maraqlıdır ki, yayılan məlumatlara görə, Aftandil Hacıyev də analoji səbəbdən "Kəpəz"dən gələn təklifi geri çevirib.