Yeni baş məşqçi axtarışında olan “Kəpəz” Şahin Diniyevlə razılığa gələ bilməyib.

Rekord.az xəbər verir ki, bu barədə qol.az-a milimizin sabiq çalışdırıcısı özü açıqlamasında deyib.

Diniyev bildirib ki, onun şərtləri ilə klubun şərtləri üst-üstə düşməyib. O, deyib ki, bunlar şəxsi müqavilə şərtləri deyil.

Qeyd edək ki, Şahin Diniyev 2004-2005 və 2015-2017-ci illərdə də “Kəpəz”i çalışdırıb. Gəncə təmsilçisi onun rəhbərliyi ilə 2016-2017 mövsümündə Avropa Liqasında çıxış edib.