Şahbuz rayonundakı hərbi hissədə ümumtəhsil məktəblərinin komandaları arasında “Şahin” hərbi-idman oyununun rayon mərhələsi keçirilib.

Rekord.az xəbər verir ki, ilk öncə Azərbaycan Respublikasının Dövlət Himni səslənib, şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirin açılış mərasimində çıxış edənlər yarış barəsində fikirlərini bildirərək, “şahinlər”ə uğurlar arzulayıblar. Yarışda komandalar əsasnaməyə uyğun olaraq “Sıra hazırlığı”, “İntellektual müsabiqə”, “Fiziki hazırlıq”, Maneələrin dəf olunması”, Mülki müdafiə hazılığı”, “Avtomatın sökülməsi və yığılması” və “Darağa patron doldurulması və boşaldılması” mərhələləri üzrə öz qüvvələrini sınayıblar. Yarışın yekun nəticəsinə əsasən Keçili kənd tam orta məktəbin komandası Ⅰ yerin sahibi olub. Sonda qalib komandalara və komanda üzvlərinə təşkilatçılar tərəfindən diplomlar təqdim olunub. Qeyd edək ki, qalib komanda “Şahin” hərbi-idman oyununun Naxçıvan Muxtar Respublika mərhələsində Şahbuz rayonunu təmsil edəcək.