Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi və Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin birgə təşkilatçılığı ilə 30 mart 2023-ci il tarixdə Şəki Olimpiya İdman Kompleksində “Sağlam bədəndə sağlam ruh” devizi altında idmanın kross qaçışı və gimnastika növləri üzrə açıq şəhər birinciliyi keçirilib.

Rekord.az xəbər verir ki, yarışda 140 nəfər iştirak edib.

Yarışın keçirilməsində məqsəd gənclər arasında sağlam həyat tərzi və idman yarışları vasitəsilə sosial fəaliyyətin artırılması, gənclərin Daxili İşlər Nazirliyi sistemində təhsil və xidmətə təşviq edilməsi və Daxili Qoşunlarda xidmətə həvəsləndirilməsindən ibarətdir.

Müxtəlif yaş quruplarında yer tutmuş yeniyetmə və gənclərimiz fəxri diplom, medal və hədiyyələrlə mükafatlandırılıb.