Şabran şəhər Mərkəzi Stadionunda Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin Şabran rayonu üzrə gənclər və idman sektorunun təşkilatçılığı ilə “İdman hamı üçün” layihəsi çərçivəsində uşaq və yeniyetmələr arasında kross qaçışı üzrə kütləvi idman tədbiri keçirilib.

Rekord.az xəbər verir ki, idman tədbirində Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin Şabran rayonu üzrə gənclər və idman sektorunun müdiri Süleyman Əliməmmədov, Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin nəzdində UGİM-in direktoru İlqar Məqami, məşqçi-müəllimlər və 25 nəfər həvəskar idmançı iştirak etmişdir.

Uşaq və yenyetmələrin idmana marağının artırılması, asudə vaxtlarının səmərəli təşkil edilməsi, Şabran rayonunda idmanın kütləviliyinə nail olunması və sağlam həyat tərzinin təbliğ edilməsi məqsədilə keçirilmiş “İdman hamı üçün” layihəsi çərçivəsində kross qaçışı üzrə kütləvi idman tədbirində fərqlənən idmançılar Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsi tərəfindən fəxri fərmanlarla təltif olunmuşlar.