"İmişli" "Şəfa" ilə heç-heçə etdi
- 22:15
- 30
Misli Premyer Liqasında yaranan fasilədən istifadə edən “İmişli” və “Şəfa” yoxlama oyununda üz-üzə gəlib.
Rekord.az xəbər verir ki, matç 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.
"İmişli"nin heyətində Azər Salahlı fərqlənib. "Şəfa"nın qolunu isə Elnur Cəfərov vurub.
Premyer Liqanın 7-ci turu çərçivəsində oktyabrın 11-də "İmişli" "Qarabağ"la, "Şəfa" isə "Turan Tovuz"la qarşılaşacaq.