Mil-Muğan Regional Gənclər və İdman İdarəsi və Sabirabad “Gənclər evi” sosial xidmət müəssisəsinin birgə təşkilatçılığı ilə yeniyetmələr arasında stolüstü tennis idman növü üzrə yarış keçirilib.

Rekord.az xəbər verir ki, yarışın keçirilməsində məqsəd stolüstü tennis idman növünün rayonda inkişaf etdirilməsi və kütləviliyinə nail olunması, məktəbləri və gəncləri idmanın bu növünə marağının artırılması, sağlam həyat tərzinin təbliği və perspektivli gəncləri üzə çıxarılması olub.

Turnirin məqsəd və qaydaları haqqında məlumat verildikdən sonra yarışa start verilib. Müvafiq olaraq I, II və III yerlərin qalibləri diplomla təltif ediliblər.