
“Sabah”la oyuna tam hazırıq”
- 09 İyl 2025 20:00
- 122
Sloveniyanın "Çelye" komandasının futbolçusu Mark Zabukovnik "Sabah"a qarşı keçirəcəkləri UEFA Avropa Liqası matçından öncə fikirlərini bölüşüb.
Rekord.az xəbər verir ki, o, bu gün Bakıda baş tutmuş mətbuat konfransında bunları söyləyib:
“Həm fiziki, həm də taktiki baxımdan yeni mövsümə hazırıq. Həmçinin də qarşıdakı oyunlara. Komandada ab-hava yaxşıdır. Oyuna tam hazır olduğumuzu düşünürəm. Bir-birimizi yaxşı tanıyırıq. Qələbə qazanmağa çalışacağıq".
"Sabah" Avropa Liqasının 1-ci təsnifat mərhələsində Sloveniyanın "Çelye" ilə üz-üzə gələcək. İlk görüş iyulun 10-da "Bank Respublika Arena"da baş tutacaq. Cavab görüşü iyulun 17-də keçiriləcək.