“Qarabağ” – “Neftçi” oyununun biletləri satışa çıxarıldı
- 19:45
- 41
Azərbaycan Premyer Liqasının 8-ci turunun “Qarabağ” – “Neftçi” oyununun biletləri bu gün saat 12:00-dan etibarən satışa çıxarılıb.
Rekord.az xəbər verir ki, standart biletlərin qiyməti 5 manat, VIP biletlərin qiyməti isə 15 manat təşkil edir.
Biletləri bu gündən etibarən “iTicket.az” platforması vasitəsilə onlayn əldə etmək mümkündür. Oyun günü isə azarkeşlər QR biletlərini stadionun kassalarından və ya “iTicket.az” saytından ala biləcəklər.
Stadiona giriş yalnız QR biletlə mümkün olacaq.
Stadionun qapıları azarkeşlər üçün matçın başlanmasına 120 dəqiqə qalmış açılacaq.
“Qarabağ” – “Neftçi” oyunu oktyabrın 17-də, saat 19:00-da Tofiq Bəhrəmov adına Respublika stadionunda keçiriləcək.