Məsiyev Avroliqa matçına təyinat aldı
- 18:45
- 38
Azərbaycanlı hakim Elçin Məsiyev beynəlxalq təyinat alıb.
Rekord.az xəbər verir ki, FİFA referisi UEFA Avropa Liqası Liqa mərhələsinin 2-ci turunun “Çelye” (Sloveniya) – “Omoniya” (Kipr) matçını idarə edəcək.
Ona yan xətlərdə Elşad Abdullayevlə Pərvin Talıbov köməklik göstərəcək. Dördüncü hakim funksiyasını Fərid Hacıyev yerinə yetirəcək. VAR-da italiyalı Luka Payretto, AVAR-da isə həmyerlimiz Nicat İsmayıllı əyləşəcək.
“Çelye” – “Omoniya” qarşılaşması oktyabrın 15-də keçiriləcək və saat 20:45-də start götürəcək.