
“Sabah”dan milli üzvü ilə yeni müqavilə
- 05 İyn 2022 11:22
- 479
“Sabah” FK Bəxtiyar Həsənalızadə ilə yeni müqavilə bağlayıb.
Rekord.az xəbər verir ki, 29 yaşlı müdafiəçi ilə bağlanmış yeni müqavilənin müddəti 1 ildir.
Azərbaycan millisinin üzvü olan futbolçu 2020-ci ilin dekabr ayından “Sabah”ın uğurları üçün çalışır. O, bu komandanın heyətində ümumilikdə 36 oyun keçirib.