“Sabah” “Beşiktaş”a qarşı keçirəcəyi xeyriyyə matçından öncə azarkeşlərə müraciət ünvanlayıb.

Rekord.az xəbər verir ki, müraciətdə bunlar qeyd olunub:

“Qardaş Türkiyədə zəlzələdən zərər çəkmiş şəxslərə təkcə "Sabah" - "Beşiktaş" oyununa bilet alaraq yox, həm də biletin üzərində və şəkildə qeyd edilmiş QR kod vasitəsilə ianə edərək dəstək ola bilərsiniz.

Sən də ianə et, dəstəyini göstər!”

Xatırladaq ki, mayın 13-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Sabah” – “Beşiktaş” matçına saat 18:00-da start veriləcək.