"Sabah" "Sumqayıt"ın futbolçusu Səbuhi Abdullazadəni heyətinə qatmaq istəsə də, bu keçid alınmayıb.

Rekord.az xəbər verir ki, buna səbəb tərəflərin maddi məsələdə anlaşa bilməməsidir.

Belə ki, "Sabah" futbolçuya aylıq 10 min manat maaş təklif edib. Səbuhi isə "Sumqayıt"da da aşağı-yuxarı eyni məbləği aldığı üçün daha yüksək maaş tələb edib. Onun bu tələbini isə Masazıq təmsilçisi qəbul etməyib və deyilib ki, 10 mindən yuxarı rəqəm düşünmürlər. Belə olunca, Abdullazadə də keçidə razılıq verməyib. Hazırda onun üçün iki variant var: "Sumqayıt"la yeni müqavilə və Türkiyə. Yaxın 1 həftə ərzində futbolçu seçimini etməlidir.