“Sabah”ın U-17 komandası Gürcüstanın paytaxtı Tiflisdə baş tutan “LeaderBet Cup” turnirində iştirak edib. Rekord.az xəbər verir ki, təmsilçimiz turnir çərçivəsində 2 oyunda qüvvəsini sınayıb.

Komandamız ilk matçda Tiflisin yığma komandası ilə qarşılaşıb. Oyun rəqibin qələbəsi ilə başa çatıb (1:4). Görüşdə “Sabah”ın yeganə qolunu Əhməd Tarverdiyev vurub.

İkinci oyunda isə “Sabah” yerli “Saburtalo” komandasından olan həmyaşıdları ilə üz-üzə gəlib. Matç komandamızın 2:1 hesablı qələbəsi ilə başa çatıb. Qollara Ramil Nurəhmədov və Tuncay Yusifli imza atıblar.

“Sabah”ın üzvü Əsgər Məmmədli turnirin ən yaxşı qapıçısı seçilib.